21 Oktyabr, 2016
Yaponiyada təbii fəlakət: xəsarət alanlar var

Yaponiyada baş vermiş zəlzələ nəticəsində xəsarət alanların olduğu bildirilir. Bu barədə Yaponiya KİV-ləri məlumat verib. Belə ki, Yaponiyanın qərbində Tottori prefekturasında 6,6 bal gücündə zəlzələ baş verdiyi bildirilir. Bu barədə Simsar.az RİA Novosti-yə istinadən xəbər verir.

Yaponiyanın Baş Meteoroloji İdarəsinin verdiyi məlumata görə, yeraltı təkanlar 10 km dərinlikdə baş verib. Dağıntılar, ölən və yaralananlar barədə hələ məlumat daxil olmayıb. Sunamı təhlükəsi yoxdur. Təhlükəsizlik məqsədilə bəzi rayonlarda elektrik qatarlarının hərəkəti dayandırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!