20 Oktyabr, 2016
Küçə ilə gedən qızı küt alətlə döydülər - BAKIDA

Bakı şəhərində küçə ilə hərəkət edən qız tanımadığı şəxs tərəfindən döyülüb. "Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

1988-ci il təvvəllüdlü Gözəlova Ramilə Rahib qızı Bəşir Bünyadov küçəsi ilə yaşadığı evə doğru gedirmiş. Bu zaman o, tanımadığı şəxsin hücumuna məruz qalıb. Naməlum şəxs onun qarın nahiyəsinə küt alətlə zərbə vuraraq ərazidən uzaqlaşıb.  R.Gözəlova təcili tibbi yardım maşını vasitəsilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!