20 Oktyabr, 2016
Gülərüz "Dafne" personalı Gülərə dəstək oldu

Gülərə dəstək kampaniyası çərçivəsində aksiyalar davam edir. Simsar.az xəbər veriri ki, 6 yaşlı Gülər Məmmədova Talassemiyanin ağır forması Betta talassemiyadan əziyyət çəkir. Müalicəsi üçün ona ilik nəqli əməlyyatı aparılmalıdır. Aztəminatlı ailənin bu əməliyyatı həyata keçirməyə imkanı olmadığından xeyriyyə aksiyaları keçirilir. Gülərin bütün aksiyalarında yaxından iştirak edən Dafne restoranı bu dəfə də onun yanında olacaq. Belə ki, restoranın rəhbərliyi və personalı ayın 23 -də "Gülərə dəstək olaq" adlı xeyriyyə marafonunda onun yanında olacaqlarını əks etdirən fotolar paylaşıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!