20 Oktyabr, 2016
"Azərbaycan mətbəxini bəyəndim"-Ronaldinyo

“Bir müddət idi ki, Ronaldinyonun Bakıya səfərini planlaşdırırdıq. Onun üçün yalnız bu gün imkan oldu. Bu səfərin baş tutmasına sevinirik”.Simsar.az AzVision.az-a istinadən xəbər verir ki, bunu “Qəbələ” klubunun prezidenti Tale Heydərov əfsanəvi braziliyalı futbolçu Ronaldinyonun Bakı səfəri ilə bağlı keçirilən mətbuat konfrasında deyib.Onun sözlərinə görə, Qəbələdə bir neçə ildir futbol akademiyası fəaliyyət göstərir. Amma Bakının nüfuzuna və digər səbəblərə görə yeni akademiya paytaxtda fəaliyyət göstərəcək: “Ümid edirik ki, Ronaldinyonun adını daşıyacaq akademiya gənclərdə futbola marağı artıracaq. Ronaldinyo öz şəxsi heyəti ilə akademiyanın fəlsəfəsini quracaq, onun inkişafında iştirak edəcək. Sual verə bilərsiz ki, akademiya harada yerləşəcək? Bu, hələ məlum deyil. Danışıqlar gedir. Yaxın zamanlarda bəlli olacaq. Bu layihədə bizə göstərəcəyi dəstəyə görə, AFFA-ya da təşəkkür edirik”.AFFA-nın baş katibi Elxan Məmmədov isə bildirib ki, “Qəbələ” futbol klubu dünəndən Bakının, futbol ailəsinin diqqətini cəlb edib: “Ronaldinyo kimi ulduzun Bakıya gəlməsi müsbət haldır. Digər tərəfdən müsbət addım odur ki, “Qəbələ” Ronaldinyo ilə birlikdə akademiya açacaq. Bu, futbolumuzun inkişafına təkan verəcək”.Əfsanəvi futbolçu Ronaldinyo əvvəllər də Azərbaycan haqda xoş sözlər eşitdiyini deyib: “Bilirdim ki, burada çoxlu braziliyalı futbolçular oynayıb. Bakıda olmağıma şadam”.“Qəbələ”nin futbol akademiyasının açılışı ilə bağlı təklifə gəlincə, futbolçu deyib: “Təxminən bir ay yarım əvvəldən “Qəbələ” ilə bu barədə danışıqlara başladıq. Əsas məqsədim odur ki, akademiyaya gələn uşaqlar mənim adımı eşidib, futbola daha ciddi yanaşsınlar. Onlar gələcəkdə peşəkar oyunçu olsalar, bu, mənim uğurum olacaq, buna çox sevinəcəyəm. Böyük klublara getmək imkanları olsa, mütləq köməklik göstərəcəm”.Ronaldinyo Azərbaycan mətbəxini bəyəndiyini söyləyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!