20 Oktyabr, 2016
Gəncədə silahlı insident

Gəncədə silahlı insident olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 17-də şəhər sakini Röyal İsmayılov həmyerlisi Mətləb Həsənzadəyə tüfəngdən atəş açaraq xəsarət yetirib.

R. İsmayılov Nizami Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun evinin həyətindəki yardımçı təsərrüfata baxış zamanı hadisəni törədərkən istifadə etdiyi lüləsi və qundağı kəsilmiş “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!