20 Oktyabr, 2016
Cərrahın evində partlayış: körpə qızı öldüa

Bu gecə Abşeronda partlayış baş vermiş yaşayış evində xəsarət alan qadının tanınmış cərrah olduğu məlum olub. Lent.az-ın məlumatına görə, Hökməli qəsəbəsində fərdi yaşayış evlərindən birində baş verən partlayış nəticəsində yaralanan ev sahibi Müşfiq Qurbanovun həyat yoldaşı Şəbruz Novruzova cərrahdır. Ş.Novruzova Tibb Universitetinin Cərrahi xəstəliklər kafedrasında çalışır və abdominal cərrahiyyə üzrə ixtisaslaşıb.Qeyd edək ki, hadisədə ailənin 3 yaşlı üzvü Banıçiçək Qurbanlı dünyasını dəyişib. Ş.Novruzova, həyat yoldaşı və 12 yaşlı qızı Leyla isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!