20 Oktyabr, 2016
Azərbaycanda Energetiklər Günü qeyd edilir

Bu gün Azərbaycanda Energetiklər Günü qeyd edilir. "Report" xəbər verir ki, bu münasibətlə Azərbaycanın energetika naziri Natiq Əliyev, "Azərernerji" ASC-nin sədri Etibar Pirverdiyev və "Azərişığ" ASC-nin sədri Balababa Rzayev, həmçinin onların başçılıq etdiyi dövlət qurumlarının kollektivləri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli sərəncamına əsasən, hər il oktyabrın 20-si Energetiklər Günü kimi qeyd olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!