20 Oktyabr, 2016
ABŞ İsraildə yeni gizli hərbi baza tikəcək

ABŞ İsrail ərazisində gizli hərbi bazanın tikintisi haqda "Conti Federal Services" şirkəti ilə müqavilə imzalayıb. Simsar.az İsrail KİV-ə istinadən xəbər verir ki, bu şirkətin mərkəzi ABŞ-ın Nyu-Cersi ştatında yerləşir.

İnformasiyaya görə, müqavilənin dəyəri 64,6 milyon dollardır. 2018-ci il noyabrın 28-də hərbi bazanın tikintisinin başa çatdırılması nəzərdə tutulub. Tikintinin sifarişçisi Avropa komandanlığı yanında ABŞ ordusunun mühəndis korpusudur.

Məlumata görə, hərbi bazada sahəsi 4000 kv.metr olacaq bombadan sığınacaq, 2150 kv. metrlik yardımçı obyektlər, 450 kv. metrlik administrasiya binası, sahəsi 1900 kv.mtr olacaq tunel, 2200 metrlik anbar meydanı olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!