20 Oktyabr, 2016
Ayaz Röyanın mahnısını oxudu

Müğənni Ayaz Qasımov əməkdar artist Röya Ayxanla ifaçı Tunar Rəhmanoğlunun “Həsrət nəğməsi” mahnısını oxuyub. Simsar.az-ın məlumatına görə, sənətçi mahnıya telefonla klip çəkərək, izləyiciləri ilə bölüşüb. O, həvəskar çəkiliş etdiyini deyərək, qüsurlara görə hər kəsdən üzr istəyib:“Əziz dostlar, sizin istəyinizi nəzrə alaraq Rəşad Bağırovun çox sevilən “Həsrət nəğməsi” adlı musiqisinə kiçik video çarx çəkdim. Tamamilə həvəskar çəkilişdir, telefonla çəkilib və mən də montaj etmişəm. Qüsurlar varsa üzrlü sayın”.Qeyd edək ki, mahnının sözləri Vüqar Əbdülova, musiqisi Rəşad Bağırova məxsusdur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!