20 Oktyabr, 2016
Əbülfəz Qarayev Masallıda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının  Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev Masallı şəhərində vətəndaşları qəbul edəcək. Simsar.az xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri tərəfindən 2016-cı ilin oktyabr ayının 24-də saat 11ºº-da Masallı şəhərində Heydər Əliyev Mərkəzində (Qarabağ küçəsi, 17) Lənkəran şəhər, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə  (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!