19 Oktyabr, 2016
Beynəlxalq Gimnastika Federasiyasına yeni prezident seçilib

Beynəlxalq Gimnastika Federasiyasının (FİG) rəhbər vəzifələrinə seçkilər keçirilib. Apasport.az saytının məlumatına görə, qurumun  prezidenti vəzifəsinə Morinari Vatanabe seçilib. Yaponiyalı seçkilərdə 100 səs toplayıb. FİG-in əvvəlki rəhbəri Bruno Qrandi bu dəfə namizədliyini verməyib.

 

Federasiyanın I vitse-prezidenti rusiyalı Vasili Titov seçilib. FİG-in digər vitse-prezidentləri isə ikiqat Olimpiya, beşqat dünya çempionu, belaruslu Nelli Kim və çinli Lo Çaoi olacaqlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!