19 Oktyabr, 2016
İMF: Yaxın 5 ildə neftin qiyməti 60 dolları keçməyəcək

Dünya bazarında neftin qiyməti 2021-ci ilə qədər 60 dollar/barel səviyyəsini keçməyəcək.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu məlumat Beynəlxalq Valyuta Fondunun (İMF) Yaxın Şərq və Orta Asiya regionu iqtisadiyyatı ilə bağlı bu gün dərc edilən hesabatında verilib.

Xatırladaq ki, İMF-in bundan əvvəlki hesabatında neftin 1 barelinin qiymətinin 2021-ci ilə qədər 50 dollar səviyyəsini keçməyəcəyi ehtimal edilib. Yeni hesabatda həmçinin bildirilib ki, neftin orta qiyməti 2016-cı ildə 43 dollar/barel səviyyəsindən 2017-ci ildə 51 dollar/barelə yüksələcək. Fondun ekspertləri hesab edirlər ki, neftin qiyməti üzrə proqnozların dünya iqtisadiyyatındakı qeyri-müəyyənliklər səbəbindən azaldılıb-artırılması mümkündür.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!