19 Oktyabr, 2016
Kənan M.M: "Milyon da versələr..."

Rejissor Kənan M.M. filmlərdə öpüşmə səhnələrində heç vaxt rol almayacağını dilə gətirib. Simsar.az big.az-a istinadən xəbər verir ki, rejissor açıqlamasında bunları deyib: "Milyon belə versələr, kamera qarşısında heç bir qadının dodağından öpə bilmərəm. Kompleksim var, bu mümkün deyil. Əslində aktyorsansa, buna hazır olmalısan, amma məndə alınmır. Həm də Naxçıvanda böyüyüb boya-başa çatdığım üçün bu mənə uyğun deyil. Həm istəmirəm ki, elə səhnələrdə uşaqlarım məni görsün. Filmdə mütləq öpüşməli deyilsən ki. Ağlaya, qışqıra bilərəm, amma, öpüşə bilmərəm".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!