19 May, 2011
Polis «Xəzər Lənkəran» azarkeşlərini necə döydü?

Dünən Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Neftçi" - "Xəzər Lənkəran" oyunundan sonra yeni xoşagəlməz olaylar yaşandı.

Belə ki, qarşılaşma başa çatandan sonra həmişəki kimi vəzifə borcunu unudan bəzi polis əməkdaşları azarkeşləri döyməyə başladı.
"Xəzər Lənkəran" azarkeşləri ilə poltis arasındakı qarşıdurmada onlarla adam yaralandı, iki nəfər Müsa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına aparıldı, 15-ə yaxın fanat isə həbs olundu.
Təəssüf ki, polislər əməllərinin ifşa olunmaması üçün media nümayəndələrinə olay yerində çəkiliş aparmağa imkan vermədi. Buna baxmayaraq, olayın ayrı-ayrı şəxslər tərəfindən çəkilmiş görüntüləri yayımlanıb. Həmin görüntüləri təqdim edirik.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!