18 Oktyabr, 2016
Zakir Həsənov "Gələcək Qüvvələr Forumu 2016"da iştirak edəcək

Gələcək Qüvvələr Forumu 2016"da iştirak etmək üçün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiyanın müdafiə naziri Martin Stropnitskinin dəvəti ilə oktyabrın 17-də Praqa şəhərinə səfərə gedib. Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Forumda silahlı qüvvələrdəki ən son yeniliklər, müdafiə və təhlükəsizlik sahəsindəki elmi fəaliyyət və sənaye məsələləri nəzərdən keçiriləcək, həmçinin beynəlxalq sülhməramlı əməliyyatlarda əməkdaşlıq və digər fəaliyyətlər müzakirə ediləcək.

Tədbir çərçivəsində Müdafiə naziri general-polkovnik Z.Həsənov Çexiya Respublikasının Müdafiə naziri M.Stropnitski ilə və bir sıra digər rəsmi görüşlər keçirəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!