18 Oktyabr, 2016
Ailə bağçaları yaradılsın - TƏKLİF

Azərbaycanda ailə bağçasının yaradılması təklif edilir. Simsar.az-ın xəbərinə görə, bu məsələ “Məktəbəqədər təhsil haqqında” qanun layihəsində öz əksini tapıb. Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan layihə barədə danışan komitə sədri İsa Həbibbəyli məlumat verib. Deputat  deyib ki, ailə bağçaları ilə bağlı monitorinq aparıblar:

"Hazırkı mərhələdə ailə bağçaları demək olar ki, müraciət olunmayan formalardan birinə çevrilib". O qeyd edib ki, sanator tipli (bu uşaq bağçaları infeksion xəstəliklərə meyilli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), eləcə də bəzi sağlamlıq imkanları məhdud uşaqlar üçün bağçaların yaradılması nəzərdə tutulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!