17 Oktyabr, 2016
Bu il 8,6 min boşanma halları qeydə alınıb

Cari ilin yanvar-avqust ayları ərzində qeydiyyat şöbələri tərəfindən 42,2 min nikah və 8,6 min boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsindən Simsar.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,6, boşanmaların sayı isə 1,3 olub.

Bundan başqa, bu ilin yanvar-avqust ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2622 nəfər gələn və 1205 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1417 nəfər təşkil edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!