17 Oktyabr, 2016
Türkmənistanda prezident seçkilərinin vaxtı məlum olub

Türkmənistanda prezident seçkilərinin vaxtı məlum olub. APA-nın Türkmənistanın dövlət informasiya agentliyinə istinadən verdiyi məlumata görə, ölkə parlamenti prezident seçkilərini 2017-ci fevralın 12-nə təyin edib. Xatırladaq ki, bu il sentyabrın 14-də Türkmənistanda Ağsaqqallar Şurasının iclasında yeni Konstitusiya layihəsi təsdiq olunub. Yeni Konstitusiyaya görə Türkmənistanda prezident seçkilərində yaşı 40-dan yuxarı olan vətəndaşlar iştirak edə bilər və yeni prezident and içdiyi gündən 7 il müddətində bu vəzifəni daşıyacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!