17 Oktyabr, 2016
Azyaşlı qızı maşın vurdu - BAKIDA

Bakıda məktəbli qızı naməlum avtomobil vurub. "Report"un məlumatına görə, hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində qeydə alınıb. Yol-nəqliyyat hadisəsi 11 yaşlı Ağalarova Nəzrin Cəlal qızının yaşadığı evin yaxınlığında baş verib. Onu qonşuları xəstəxanaya çatdırıb.

Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.Qeyd edək ki, N.Ağalarova 65 nömrəli orta məktəbin şagirdidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!