17 Oktyabr, 2016
80 yaşlı atasını və qardaşını bıçaqladı

Lənkəran sakini 80 yaşlı atasını və 47 yaşlı qardaşını bıçaqlayıb. Smsar.az ARB Cənub-a istinadən xəbər verir ki, hadisə şəhərin Axundzadə, 25 ünvanında baş verib. Samir Müdəris oğlu Heydərli ailə münaqişəsi zəminində 80 yaşlı atası Müdəris Heydərliyə və 47 yaşlı qardaşı Mahir Heydərliyə bıçaqla ağır bədən xəsarətləri yetirib. Hər iki yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Boyun və bel nahiyəsindən kəsilmiş-deşilmiş yara alan M.Heydərli əməliyyat olunub Boyun və boğaz nahiyələrində kəsilmiş yaraları olan ata M.Heydərli isə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Hadisəni törətmiş S.Heydərli tutularaq istintaqa cəlb olunub. Onun psixi problemləri olduğu bildirilir. Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!