15 Oktyabr, 2016
İstanbulda dayanacaqda 25 min manat tapıldı

İstanbulda avtobus dayanacağında 25 min manat (təqribən 50 min lirə) tapılıb. Simsar.az -ın "Hürriyyətə" istinadən verdiyi məlumata görə, pulu tapan Hənifə Öndər sahibinə çatdırılması üçün polis idarəsinə müraciət edib. H.Öndər bu barədə sosial şəbəkədə paylaşaraq yazıb: "Pulun sahibi ilə tanış olmaq istərdim. Ümid edirəm ki, para sahibinə çatacaq". Polis araşdırmaya başlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!