19 May, 2011
Orta və iritutumlu 200 avtobus gətiriləcək

Paytaxtda yeni marşrut xətlərinin yaradılması gözlənilir

Bu ilin sonunadək Bakıya daha 200 orta və iri tutumlu avtobus gətiriləcək. Bu barədə Simsar.az-a Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib. N.Həsənovun sözlərinə görə, paytaxtda sərnişindaşıma sahəsində aparılan islahatlar nəticəsində marşrut xətlərinin sayı 310-dan 217-yə endirilib: “Lakin müəyyən istiqamətlərdə yeni xətlərin yaradılmasına və avtobusların gətirilməsinə ehtiyac yaranıb. Biz bu iş üzərində araşdırmalar aparırıq. “Qaynar xətt”imizə gələn zəngləri və müfəttişlərimizin yerlərdə apardığı araşdırmaları nəzərdən keçiririk”.


Nəqliyyat Nazirliyinin rəsmisi həmçinin bildirib ki, paytaxta gətiriləcək yeni avtobuslar müasir standartlara tam cavab verir və Bakını daha da gözəlləşdirəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!