14 Oktyabr, 2016
Elmar Məmmədyarov Özbəkistana gedir

Xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının 18-19 oktyabr 2016-cı ildə Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Təhsil və Maarifçilik: Sülh və Yaradıcılığa doğru yol” mövuzusu altında keçiriləcək 43-cü xarici işlər nazirləri şurasında iştirak edəcək.

Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, İƏT xarici işlər nazirlərinin şurasında E.Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!