14 Oktyabr, 2016
Nazarbayev sağaldı, işə qayıtdı

Qazaxıstan prezidenti Nursultan Nazarbayev soyuqdəymədən sağalıb və artıq iş başındadır. AzVision.az “Tengrinews.kz”-a istinadən xəbər verir ki, Nazarbayev bu gün ölkənin Baş prokuroru Jakip Asanovu qəbul edib.

Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev səhhətindəki problemlə əlaqədar planlaşdırılan Azərbaycan və Ermənistan səfərindən imtina etmişdi.

Xatırladaq ki, oktyabrın 14-də İrəvanda Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatı ölkələrinin Şura iclası keçiriləcək. İclasda Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan prezidentləri iştirak etməsi planlaşdırılırdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!