14 Oktyabr, 2016
Milli valyutanın üzərində Heydər Əliyevin şəkli olsun - TƏKLİF

“Azərbaycan milli valyutasının üzərində ümumilli lider Heydər Əliyevin şəkli olmalıdır”. Simsar.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. O, vurğulayıb ki, Türkiyənin milli valyutasının üzərində də Mustafa Kamal Atatürkün şəkli var:“Dünyanın bir neçə ölkəsində bu ənənə var.

Heydər Əliyevin adı hər yerdə olmalıdır. Kimsə onun şəklini sinəsində gəzdirirsə, burada pis nəsə yoxdur. Heydər Əliyevin xatirəsi əbədi olmalıdır”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!