19 May, 2011
Ordumuzun əsgəri intihara cəhd edib

Azərbaycan Ordusunun əsgəri intihara cəhd edib. Bu barədə APA-ya Ağstafa Rayon Polis Şöbəsindən bildirilib.

Məlumata görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgərlərini Mingəçevirdəki hospitala aparan avtobusda qeydə alınıb. Həmin avtobusda olan əsgər Şəhriyar İmranlı özünü maşından atıb. Nəticədə əsgərin boynu sınıb və bir sıra ağır xəsarətlər alıb. 

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!