14 Oktyabr, 2016
Antalyanın Kəmər rayonu raket atəşinə tutulub

Naməlum şəxslər Türkiyənin Antalya bölgəsinin məşhur turizm rayonu olan Kəməri raket atəşinə tutublar. Virtualaz.org Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, dağ tərəfdən buraxılmış üç raket sahil kənarındakı avtomobil yoluna düşüb. İlkin məlumata görə, hədəf sahilin yaxınlığından keçən neft tankeri olub. Raketlərdən biri balıqçılıq şirkətinin ofisinə tuş gəlib. İlkin xəbərə görə, ölən və xəsarət alan yoxdur.

Hadisə yerinə təcili yardım, polis və partlayıcı maddələr üzrə mütəxəssislər cəlb olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!