14 Oktyabr, 2016
Gülyanaq Məmmədova Şəbnəm Əsədovanı tanımadı

Simsar.az PrimeTime.Az -a istinadən xəbər verir kiŞ, ötən gün "5 də 5" verilişində iştirak edən xalq artisti Gülyanaq Məmmədova, müğənni Şəbnəm Əsədovanı tanımayıb. Ş.Əsədova mahnı oxuyan zaman Gülyanaq xanım, aparıcı Zaur Kamaldan müğənninin ailəli olub-olmadığını soruşub. Mahnı bitəndən sonra Zaur, üzünü Şəbnəmə tutaraq "Gülyanaq xanım sizi tanımadı" deyib. Şəbnəm də, "Zaur, mən Gülyanaq xanımı çox istəyirəm. O, bizim böyük sənətkarımızdır. Bir-iki dəfə el məclislərində bir-birimizi görmüşük. Yəni şəxsi yaxınlığımız yoxdur. Təbii ki, yaxından tanımadığına görə, ailəli olmağımı soruşması normaldır" deyə bildirib. Xalq artisti də Şəbnəmin sözlərini təsdiqləyərəq, "mən çox sevinirəm ki, sənət aləmində təmiz ailəsi, uşağı olan şəxslər var" deyərək sözlərinə əlavə edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!