19 May, 2011
Üç gün iş olmayacaq

Nazirlər Kabinetindən Simsar.az-a bildirilib ki...

28 May Respublika günü həftənin şənbə gününə düşdüyündən Əmək Məcəlləsinə əsasən, 30 may tarixi iş günü olmayacaq. Nazirlər Kabinetindən Simsar.az-a bildirilib ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur, bu səbəbdən də mayın 30-u qeyri-iş günü sayılır. Beləliklə, bu ayın sonunda üç gün dalbadal - 28,29,30 may tarixlərində iş olmayacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!