14 Oktyabr, 2016
Küçədə biçaqlaşdılar - BAKIDA

Bakıda bıçaqlanma hadisəsi baş verib. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Məlikov küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 17 yaşlı İsabala Allahverdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Araşdırma nəticəsində məlum olub ki, . Allahverdiyevlə Bakı şəhər sakini, 41 yaşlı Eldəniz Abbasovla aralarında yaranmış mübahisə zəmində bir-birilərini bıçaqlayıb. E. Abbasovun xəsarəti yüngül olduğundan o, həkimə müraciət etməyib.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!