13 Oktyabr, 2016
Özcan Dəniz Bakıya gəlir

Nizami Kino Mərkəzi növbəti təntənəli qala gecəsinə hazırlaşır.Mərkəzdən Simsar.az-a verilən məlumata görə, bu dəfə azərbaycanlı tamaşaçılar Türkiyə kinematoqrafçılarının istehsal etdiyi “İkinci şans” bədii filminin qala gecəsinə toplaşacaqlar. Tədbirə filmin rejissoru və baş rolun ifaçısı müğənni, aktyor Özcan Deniz və digər baş rolun ifaçısı məşhur aktrisa Nurgül Yeşilçay da qatılacaq.

“İkinci şans”ın Bakıda ilk nümayişi noyabrın 26-da olacaq. Biletləri Nizami Kino Mərkəzi və şəhərin digər kassalarından əldə etmək mümkündür.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!