13 Oktyabr, 2016
Nadir Qafarzadə oğlunu evləndirir

Müğənni Nadir Qafarzadə böyük oğlu Loğmanı evləndirməyə hazırlaşır. Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda televiziya verilişlərinin birində deyib. O bildirib ki, Londonda təhsil alan övladı gələn il universiteti bitirir:“Loğmanı 2017-ci ilin mayında evləndirməyi düşünürəm. Çünki mən də o yaşımda may ayında evlənmişdim. Övladlarımın evləri, gəlinlərimin isə cehizləri hazırdır. Hamısını özüm almışam”.

N.Qafarzadə həyat yoldaşı Sevinc xanımla boşanma xəbərlərinin yaranma səbəbini də açıqlayıb:“Balaca oğlum Əziz Moskvada oxuyur. Sevinc onun yanında qalır. Ona görə də belə şayiə yayıblar”. İfaçı verilişdə sevənlərinə müraciət də edib:"Geyinmədiyim libaslarımı istəyənlərə hədiyyə edəcəm. Kim paltarlarımı pulsuz əldə etmək istəsə, mənə müraciət etsin".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!