13 Oktyabr, 2016
Aşura günü İranda terror təhlükəsi

İran xüsusi xidmət orqanları Aşura günü terror törətmək istəyən xarici terrorçulardan ibarət qrupu saxlayıb.Bu barədə IRIB telekanalına müsahibəsində İranın kəşfiyyat və milli təhlükəsizlik naziri Mahmud Ələvi deyib.

Onun sözlərinə görə, saxlanılan şəxslərdən 100 kq-dan artıq partlayıcı maddə və digər avadanlıqlar müsadirə edilib. Əməliyyat İranın cənubundakı Fars əyalətində keçirilib.

Mahmud Ələvi əməliyyatın nə zaman keçirildiyini və saxlanılan şəxslərin hansı terorr qruplaşmasının üzvləri olması barədə məlumat verməyib.

(azvision.az)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!