13 Oktyabr, 2016
5 nəfər zəhərlənib - GÖBƏLƏKDƏN

Göbələkdən zəhərlənmə diaqnozu ilə Respublika Taksologiya Mərkəzinə 5 nəfər müraciət edib. Simsar.az Virtualaz.org saytına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzin rəhbəri Azər Maqsudov söyləyib.

A.Maqsudovun sözlərinə görə, xəstəxanaya daxil olmuş xəstələrin vəziyyəti yaxşılaşıb. “Məlum olub ki, həmin şəxslər göbələkləri təsadüfi şəxslərdən alıblar. Göstərilən tibbi yardımdan sonra xəstələrin vəziyyəti yaxşılaşıb”,- A.Maqsudov əlavə edib.

Mərkəz rəhbəri onu da bildirib ki, zəhərlənmə diaqnozu ilə quruma ötən il 46, bu il isə 39 nəfər gətirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!