13 Oktyabr, 2016
Bakıda yol qəzası - ÖLƏN VAR

Bakıda ağır yol qəzası baş verib. Simsar.az Lent.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu ərazisində, Hövsan-Türkan yolunda "Ford" markalı, 90 TS 366 dövlət qeydiyyat nişanlı avtomobil aşıb. Nəticədə nəqliyyat vasitəsini idarə edən 27 yaşlı sürücü hadisə yerində vəfat edib. Avtomobildə olan 17 yaşlı oğlan isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi açılıb. Qəzada ölən şəxsin kimliyi müəyyənləşib. Daxili İşlər Nazirliyindən bildirilir ki, oktyabrın 12-də saat 23 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində Bakı şəhər sakini İlham Düstarxanov idarə etdiyi “Ford” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, 1 sərnişin isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!