11 Oktyabr, 2016
Nazarbayevin Bakı səfəri təxirə salındı

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri qeyri-müəyyən müddətə təxirə salınıb. Report diplomatik mənbələrə istinadən xəbər verir ki, Qazaxıstan lideri sağlamlığındakı problemə görə Bakıya gələ bilməyəcək. Ümumiyyətlə, soyuqdəymə ilə əlaqədar müalicə alan N.Nazarbayevin görüş qrafikində yaxın zaman üçün nəzərdə tutulmuş tədbirlərin hamısı təxirə salınıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!