11 Oktyabr, 2016
Səhiyyə Nazirliyindən Sumqayit 1 saylı Doğum evindən olan şikayətlə bağlı - AÇIQLAMA

Əliyeva Aliyə Səyyad qızının Sumqayıt şəhər 1 saylı Doğum evində infeksiyaya yoluxması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Simsar.az xəbər veriri ki, bunu Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

S.Əhmədova deyib ki, qadında heç bir infeksiya yoxdur: “Onun səhhətində müəyyən problemlər olub. Hazırda Respublika Kliniki Xəstəxanasında müalicəsi davam etdirilir”.

Nazirlik rəsmisi dünyaya gələn körpənin sağlam olduğunu qeyd edib: “Uşağın çəkisi 4 kq-dan çox olduğundan A.Əliyevavnın təbii doğuşla uşaq dünyaya gətirməsi mümkün olmayıb. Ona görə də həkimlər qeysəriyyə əməliyyatını məsləhət görüblər”.

Vətəndaş Fərqan Əliyev həyat yoldaşının Sumqayıt şəhər 1 saylı Doğum evinə normal doğuş üçün qəbul edildiyini, amma uşağı qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyini bildirib.

O, həyat yoldaşının xəstəxanada mikroba yoluxduğunu iddia edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!