11 Oktyabr, 2016
Səfər Əbiyev ehtiyatda və istefada olan zabitlərdən qaçır

“Müdafiə Nazirliyinin tövsiyəsi ilə ehtiyatda olan zabitlərlə görüşürük”. Bunu Modern.az-a açıqlamasında ehtiyatda olan general-leytenant, Azərbaycanın Çindəki keçmiş hərbi attaşesi Yaşar Aydəmirov deyib. General-leytenant bildirib ki, görüşlər zamanı əsasən cəbhədəki vəziyyət müzakirə olunur və orduya hər cür dəstək ifadə edilir: “Generallarla, zabitlərlə müzakirələr aparırıq. Lazımdırsa əlimizdən gələn köməyi etməyə hazırıq”.

Yaşar Aydəmirov keçmiş müdafiə naziri, istefada olan general-polkovnik Səfər Əbiyevin generalların tədbirlərinə qatılıb-qatılmaması haqda da danışıb: “Səfər Əbiyevi belə tədbirlərdə görməmişəm. O bizim qatıldığımız tədbirlərə gəlmir. Mən özüm istefada yox? Ehtiyatda olan generalam. Səfər Əbiyevlə hər hansısa əlaqəm yoxdur. Onu heç görmürəm”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!