7 Oktyabr, 2016
Gülərə dəstək olaq!!!

Oktyabr ayının 23-də Talassemiyanın agır formasından - BETTA Tallassemiyadan əziyyət çəkən 6 yaşlı körpə Gülər bala üçün növbəti xeyriyyə aksiyası keçiriləcək. Xeyriyyə tədbirinin təşkilatçısı "Elif" Mediadır. Bir çox tanınmış şirkət və qurumların dəstəyi ilə ərsəyə gələcək aksiya Niel restoranında baş tutacaq. Qeyd edək ki, xeyriyyə tədbirində estradamızın məşhur simaları da iştirak edəcəklər. Gülərin sağalması üşün dəstək verənlər arasında Dafne restoranı, Alizzo magazası, Kids Word  uşaq mağazası, İpək Yolu Sahibkarlığın inkişafina dəstək ictimai birliyi, Yuvam Uşaq evi, Aristokrat tibb mərkəzi, Strafor Kəsim kimi qurumlar yer alır. Tədbirin İnformasiya dəstəyi isə Xəzər və ARB televiziyaları, Simsar.az, Xeberle.com və Mir.az saytlarıdır.

Qeyd ed'k ki, 6 yaşlı Gülər Məmmədova 1 ildən artıqdır ki, talassemiya xəstəliyindən əziyyət çəkir. Bu balaca balanın yaşaması üçün aparılacaq cərrahiyyə əməliyyatına 90.000 ABŞ dolları lazımdır. Əməliyyat Türkiyədə aparılacaq.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!