7 Oktyabr, 2016
Azərbaycanda manat depozitləri bahalaşıb

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının depozit və əmanətlər üzrə orta faiz dərəcəsi avqust ayında qarışıq tendensiya göstərib. Simsar.az -ın Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, hesabat dövründə manat əmanət və depozitlər üzrə orta faiz dərəcəsi iyul ayı ilə müqayisədə 0,84 bənd artaraq 8,55% təşkil edib. Xarici valyutada əmanət və depozitlər üzrə isə orta faiz dərəcəsi avqustda 0,17 bənd azalaraq 5,42%-ə enib.

Kommerisya bankları tərəfindən avqust ayında verilən kreditlər üzrə orta faiz dərəcələri manat və xarici valyutada müvafiq olaraq illik 12,28% və 10,21% təşkil edib. Xatırladaq ki, avqust ayının 1-nə bu göstəricilər manatda 12,37%, xarici valyutada isə 10,30% olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!