5 Oktyabr, 2016
QƏNİRƏ PAŞAYEVA: “Turan” layiq olduğu yeri təkrar qazanacaq”

"Çempionata uğurla başlayan Tovuzun “Turan” klubunu təbrik edirəm. “Turan” 4 oyundan maksimum – 12 xal toplayaraq ilk pillədədir və qapısında qol buraxmayıb”.

Simsar.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib. O, qeyd edib ki, “Turan” Mingəçevirin “Energetik” klubunu isə son oyunda 7:0 hesabı ilə məğlub edib. “Şəmkirdə saat 15-də Qərb derbisi – “Şəmkir” – “Turan” qarşılaşması olacaq. “Turana” uğurlar diləyirəm! İnanıram ki, yavaş-yavaş layiq olduğu və haqq etdiyi yeri təkrar qazanacaq, əziz “Turan” klubumuz!”-deyə, o, daha sonra qeyd edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!