5 Oktyabr, 2016
İstilər davam edəcək

Sentyabrın 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludlu olacağı, axşam buludluluğun artacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Simsar.az -a verilən xəbərə görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu yarımadada gecə 13-16° isti, gündüz 21-26° isti, Bakıda gecə 14-16° isti, gündüz 23-25° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 45-55 % təşkil edəcək. Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 16-21° isti olacağı gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!