5 Oktyabr, 2016
"MTN agenti" iddiasına Mətanət İsgəndərlidən cavab

Simsar.az "Yeni Müsavat" -a istinadla xəbər verir ki, əməkdar artist Mətanət İsgəndərliyə sabiq Milli Təhlükəsizlik Nazirinin birinci müavini, MTN generalı Hilal Əsədovun agenti olması ilə bağlı ittiham irəli sürülüb.İttihamı Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev “Hüriyyət” qəzetinə göndərdiyi məktubunda qeyd edib.

E.Abdullayev generalla müğənninin məsuliyyətə cəlb olunmasını tələb edib. Əməkdar artistin mətbuat xidməti məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. Qeyd olunub ki, M. İsgəndərli mövzuya heç vaxt münasibət bildirməyəcək: “Mətanət İsgəndərli mövzu ilə bağlı danışmaq istəmir. Bir neçə ildir ki, bu mövzu ilə bağlı xəbərlər yayılır. İddialar ortaya atılır, ancaq sübut və fakt yoxdur. Mətanət xanım heç vaxt bu mövzuda danışmayacaq. O, ancaq yaradıcılığı ilə məşğul olur”.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!