5 Oktyabr, 2016
İlham Əliyev Rumıniya, Qətər və İran səfirlərinin etimadnaməsini qəbul edib

Simsar.az xəbər verir ki, prezident İlham Əliyev bu gün Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Yankunun etimadnaməsini qəbul edib. Dövlət başçısı həmçinin, Qətərin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sainin etimadnaməsini qəbul edib. İlham Əliyev bu gün eyni zamanda, İranın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadənin etimadnaməsini qəbul edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!