4 Oktyabr, 2016
Çovdarovun məhkəməsinə jurnalistlər buraxılmadı

Bu gün ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan rəisi, general-mayor Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Simsar.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hazırlıq iclası Sabunçu rayon Məhkəməsinin inzibati binasında baş tutub. Bu dəfə də jurnalistlər prosesə buraxılmayıb. Buna hər hansı bir səbəb göstərilməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!