4 Oktyabr, 2016
Elşən Mustafaoğlunun məhkəməsi oldu

Oktyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri, Elşən Mustafaoğlunun məhkəmə prosesi keçirilib. Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb və prokuror çıxış üçün məhkəmədən vaxt istəyib. Məhkəmə prosesi oktyabrın 18-nə təyin olunub.

E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!