27 Sentyabr, 2016
Zakir Həsənov Türkiyənin mlli müdafiə naziri ilə görüşüb

Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun "ADEX 2016" İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin milli müdafiə naziri Fikri İşıkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olu b.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də mütəxəssislərin birgə hazırlığı, təcrübə mübadiləsi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!