27 Sentyabr, 2016
MTRŞ dini televiziya təklifinə "yox" dedi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycanda dini televiziya yaradılması təklifini irəli sürüb. Şeyxülislam qeyd edib ki, bu barədə ölkə başçısı ilə də söhbəti olub: “Cənab prezident bu praktikanın mövcud olduğu ölkələrlə də maraqlandı. Mən də Avropada və digər ölkələrdə belə nümunələrin olduğunu dedim. İnşallah, bizdə də bu televiziyanın açılması yaxşı nəticə verər”

Simsar.az bildirir ki, məsələ ilə bağlı Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov Modern.az-a açıqlama verib. O qeyd edib ki, təmsil etdiyi qurum tərəfindən belə bir təklifin reallaşdırılması nəzərdə tutulmayıb: “Ümumiyyətlə, hazırda Azərbaycanda yeni televiziya kanalının yaradılması planlaşdırılmır”.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!