21 Sentyabr, 2016
Zakir Həsənov Almaniya səfiri ilə görüşüb

Sentyabrın 21-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov Almaniya Federativ Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab ilə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az -a verilən məlumata görə, yeni təyinatı ilə əlaqədar səfiri təbrik edən müdafiə naziri ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu qeyd edərək ikitərəfli və NATO proqramları çərçivəsində, xüsusilə hərbi-təhsil sahəsində əməkdaşlıq münasibətlərinin inkişaf perspektivindən danışıb.

Səfir ölkələr arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək Azərbaycanla münasibətlərin genişləndirilməsi, o cümlədən hərbi sahədə mövcud olan əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!