16 Sentyabr, 2016
Nazir məktəbli formalarının dizaynına aydınlıq gətirdi

Təhsil naziri Mikayıl Cabbarov məktəbli formalarının dizaynının mütəmadi olaraq dəyişdirilməsi ilə bağlı valideynlər arasında yaranan fikir ayrılıqlarına münasibət bildirib. Modern.az-ın xəbərinə görə, nazir AzTV-yə müsahibəsində deyib ki, valideynlərin bu məsələni müzakirə etmək haqqı var: “Hər il hansısa təhsil müəssisəsi məktəbli formalarının dizaynını, yaxud formasını dəyişirsə, onda valideynlər də bu məsələni təbii ki, müzakirə etməlidir.

Bu kimi məsələlərdə fikir ayrılıqları varsa, valideyn komitələri vasitəsilə, yerli təhsil idarələrinə və nazirliyə müraciət edilə bilər. Belə qərarların verilməsi konsorsium nəticəsi əsasında olmalı, müzakirələrdən keçməlidir”. Nazir söyləyib ki, məktəbli formasının tədbiqində əsas məqsəd hər kəs üçün bərabər imkanların yaradılmasıdır: “Şagirdlərin məktəbdə yalnız öz bilik səviyyələri ilə seçilmələrinin tərəfdarıyıq”.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!